TBİLİSİ, 22 sentyabr. TELEQRAF
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ABŞ-yə yola düşüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
XİN başçısı Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə birlikdə BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 80-ci sessiyasında iştirak edəcək.
M.Boçorişvilinin səfər çərçivəsində həmkarları ilə görüşləri, müxtəlif forum və yüksək səviyyəli tədbirlərdə çıxışları planlaşdırılıb.
Xatırladaq ki, Gürcüstanın dövlət başçısı BMT-nin sessiyasında çıxış edəcək.