AZ

Bu ölkənin prezidenti Trampa məktub göndərdi: Görün nə tələb edir

Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampa birbaşa dialoq üçün məktub göndərib.

Publika.az xəbər verir ki, Venesuela hökumətinin açıqlamasına görə, Maduro sentyabrın 6-da yazdığı məktubda ölkəsinə qarşı irəli sürülən “mafiya və narkotik” ittihamlarının əsassız olduğunu bildirib.

O vurğulayıb ki, Venesuela narkotik istehsalından tamamilə təmizlənmiş ölkədir:

“BMT-nin məlumatlarına əsasən, Kolumbiyadan çıxan narkotiklərin cəmi 5 faizi Venesuela ərazisindən keçir. Bu il Kolumbiya ilə 2200 kilometrlik sərhədi keçməyə cəhd edən həmin kiçik hissənin 70 faizindən çoxu zərərsizləşdirilib. Venesuela ordusu narkotik ticarəti ilə əlaqəli 402 təyyarəni məhv edib. Bu faktlar ölkəmizin beynəlxalq narkotik ticarəti ilə mübarizədə qüsursuz rekordunu təsdiqləyir”, - deyə Maduro məktubunda qeyd edib.

Seçilən
18
publika.az

1Mənbələr