AZ

Kim Çen In Şimali Koreyanın yeni məxfi silah əldə etdiyini açıqlayıb

Şimali Koreya lideri Kim Çen In Şimali Koreyanın yeni məxfi silah əldə etdiyini açıqlayıb. Onun KXDR Ali Xalq Məclisinin sessiyasındakı çıxışı barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

“Biz yeni məxfi silah əldə etdik. Müdafiə elmi və tədqiqatları sahəsində mühüm nailiyyətlər əldə olunub ki, bu da döyüş potensialının kəskin artmasına böyük töhfə verəcək”.

Kim Çen In Şimali Koreyanın esmineslər inkişaf etdirdiyini xatırladıb və o, bunu “dəniz qüdrətinin qurulmasında ilk mühüm addım” adlandırıb. O əlavə edib ki, ölkə öz strateji qüvvələrini və kütləvi istehsal olunan silahlarının xüsusiyyətlərini daim gücləndirir.

Kim Çen In Şimali Koreyanın nüvə silahının ləğvinə doğru getməyəcəyini də bəyan edib. Şimali Koreya lideri qeyd edib ki, nüvə silahından imtinaya çağırışlar ölkənin konstitusiya quruluşuna hücuma bərabərdir.

Seçilən
13
1
veteninfo.az

3Mənbələr