AZ

Qırğızıstan Prezidenti Nyu-Yorka gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarov sentyabrın 22-25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcək.

Demokrat.az-ın Qırğızıstan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstan prezidentinin administrasiyasının xarici siyasət şöbəsinin müdiri Sağınbek Abdumutalip məlumat verib.

Səfər çərçivəsində Qırğızıstan Prezidenti BMT Təhlükəsizlik Şurasının "Süni intellekt: beynəlxalq təhlükəsizlik və sülh" mövzusunda açıq müzakirələrində və iqlim dəyişikliyi ilə bağlı yüksək səviyyəli xüsusi tədbirdə çıxış edəcək.

Seçilən
10
5
demokrat.az

6Mənbələr