AZ

Bölgə klubunun təklifi bu məsələnin bağlanmasına səbəb oldu – “Neftçi”də qalır!

“Neftçi”nin qapıçısı Rza Cəfərov gələcək karyerası ilə bağlı qərarını verib. Təcrübəli qolkiper komandadan ayrılmır.

O, davamlı oynamaq istəsə də, hələlik “ağ-qaralar”da qalacaq. Cəfərovun adı son günlərdə “Kəpəz”lə hallanırdı. Gəncə təmsilçisi futbolçunun xidmətində maraqlı olsa da, transferi reallaşdıra bilməyib.

Buna səbəb “sarı-göylər”in təklifinin millimizin qapıçısını qane etməməsidir. Gəncə klubunun maaş təklifi oyunçunun ürəyincə olmayıb.

Bu səbəbdən də keçid alınmayıb və məsələ bağlanıb.

İdmanxeber.az

Seçilən
1
1
idmanxeber.az

2Mənbələr