AZ

“Uşağımın videolarını paylaşaraq pul yığırlar”

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Bakının Xəzər rayon sakini Mirvari Turabova tanımadığı şəxs və ya şəxslərin qızının görüntülərindən istifadə edərək pul topladığını deyir.

“Qafqazinfo”ya müraciət edən şikayətçi bildirib ki, övladı Mələk Turabova anadangəlmə “spina bifida” (onurğa dağılması) xəstəliyindən əziyyət çəkir.

Qadın öz instaqram səhifəsində qızına aid video paylaşdığını əlavə edib: “Lakin bir müddət sonra gördük ki, tanımadığımız şəxs sosial şəbəkədə “meleyim43477” adlı səhifə yaradaraq kart hesabı paylaşır və bizim adımızdan pul toplayır. Tanınmış insanları paylaşıma işarələyərək onlardan da pul alır. Dəfələrlə ona yazaraq bu əməllərinə son qoymasını tələb etdik. Lakin hər dəfə yazdıqlarımıza cavab vermədən bizi bloka atır”.

Mirvari Turabova məsələ ilə bağlı Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə ərizə ilə müraciət etdiklərini qeyd edib: “Mənə bildirdilər ki, əvvəlcə kartın sahibini tapmalıdırlar və banka sorğu göndərilib”.

Ananın sözlərinə görə, sözügedən şəxslər övladının görüntüsünü paylaşaraq pul toplamağa davam edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
6
qafqazinfo.az

7Mənbələr