AZ

"Barselona”nın futbolçusu Rafinya Dias Avropada üçüncü oldu

BAKI, 22 sentyabr. TELEQRAF

İspaniya təmsilçisi “Barselona”nın braziliyalı futbolçusu Rafinya Dias debütündən bəri Avropanın ən güclü beş liqasında üçüncü ən yaxşı assistent olub.

Teleqraf “Opta” nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu La Liqanın V turunda “Xetafe”yə qarşı keçirilən və 2:0 hesabı ilə yekunlaşan görüşdə 2 qol vuraraq fərqlənib.

Bu, onun 2025-ci ildə klubdakı 16-cı qol ötürməsi kimi yadda qalıb. Avropanın top-5 liqasında yalnız PSJ-nin vingeri Bredli Barkola 19 ötürmə edərək birinci yerdədir.

Qeyd edək ki, Rafinya “Barselona”nın heyətində bütün turnirlərdə 150 matçda 47 məhsuldar ötürmə verib. 2022/23 mövsümündən – braziliyalı “Barselona”ya keçdiyi vaxtdan etibarən top-5 liqalarda yalnız Məhəmməd Salah (54) və Kevin De Bruyne (53) ondan çox asist edib.

Seçilən
25
teleqraf.com

1Mənbələr