İsrailin Baş naziri Benyamin Netanyahu Suriya ilə təhlükəsizlik razılaşmasını müzakirə etdiyini və Colan təpələrindən imtina etmək niyyətində olmadığını bildirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
"Suriya ilə Suriyanın cənub-qərbinin silahsızlaşdırılmasını nəzərdə tutan təhlükəsizlik razılaşmasını müzakirə edirik", - deyə Netanyau əlavə edib.
Netanyahu həmçinin Suriyadakı druz müttəfiqlərinin təhlükəsizliklərindən narahat olduqlarını və bu məsələni müzakirə etdiklərini bildirib.