AZ

ABŞ atletlərindən Tokioda möhtəşəm REKORD

ABŞ-nin qadınlardan ibarət yüngül atletika komandası Tokioda keçirilən Dünya Atletika Çempionatında 4x400 metr məsafəyə estafet yarışının qalibi olub və yeni dünya rekorduna imza atıb.

İdman.biz xəbər verir ki, ABŞ-li idmançılar məsafəni 3 dəqiqə 16,16 saniyəyə qət edərək, çempionat tarixində ən sürətli nəticəni göstəriblər.

Yamayka yığması 3:19.22 nəticə ilə gümüş medal qazanıb. Bürünc medalı isə finişə 3:22.15 nəticə çatan Niderland təmsilçiləri qazanıb.

Qeyd edək ki, bundan əvvəl həmin turnirdə daha bir dünya rekordu qeydə alınmışdı. İsveçli Armand Dyuplantis dayaqla tullanmada 6 metr 30 santimetr nəticə göstərərək əvvəlki rekordu 1 santimetr yeniləyib. Bu, idmançının rekordunu artıq on dördüncü dəfə yeniləməsidir.

İdman.biz

Seçilən
10
1
idman.biz

2Mənbələr