Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakışəhərinin Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayışbinasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhaləraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetməxidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onaltımərtəbəliyaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzildə başvermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsnəimkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 50 m² olan ikiotaqlı mənzilinyanar konstruksiyaları, onuncu mərtəbədə yerləşən mənzilineyvanında kombi aparatının boruları, 1 m² sahədə məişəttullantıları, həmçinin onbirinci mərtəbədə yerləşən mənzilineyvanında 1 m² sahədə məişət tullantıları yanıb.
Yaşayış binasında yerləşən digər mənzillər yanğından mühafizəolunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində 25 nəfər bina sakinitəxliyə olunub.
Xəsarət alan yoxdur.