Şimali Koreya “gizli silah əldə edib”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı KXDR-in dövlət başçısı Kim Çen In açıqlayıb.
Koreya Mərkəzi Xəbər Agentliyinin yaydığı məlumata əsasən Ali Xalq Məclisinin növbəti sessiyasındakı çıxışı zamanı In məxfi silah əldə etdiklərini deyib: “Biz yeni məxfi silah əldə etdik. Müdafiə elmi və tədqiqatlarında mühüm nailiyyətlər əldə olunub ki, bu da döyüş potensialının kəskin artmasına böyük töhfə verəcək".
In həmçinin bildirib ki, Vaşinqton Şimali Koreyanın nüvəsizləşdirilməsi istəyindən əl çəkərsə, ABŞ-la dialoqa hazırdır.
Kim Çen In qeyd edib ki, Pxenyanın Koreya Respublikası ilə dialoq aparmaq niyyəti yoxdur: "Mən fürsətdən istifadə edərək Koreya Respublikası ilə münasibətlərə dair mövqeyimizi bir daha aydınlaşdırmaq istərdim. Bizim Koreya Respublikası ilə müzakirə edəcəyimiz heç bir şey yoxdur; onlarla ümumi işimiz yoxdur".
Musavat.com