AZ

Ukrayna bir həftə ərzində 4500-ə yaxın əsgərini itirib



Ukrayna Silahlı Qüvvələri son bir həftə ərzində Luqansk Xalq Respublikasının (LXR) sərhədləri boyunca gedən döyüşlərdə 4500-ə yaxın əsgərini itirib.

Newscenter.az TASS-a istinadən xəbər verir ki, bunu hərbi ekspert Andrey Maroçko deyib. O bildirib ki, Ukraynanın verdiyi canlı qüvvə itkiləri arasında bu ölkə ordusunda vuruşan muzdlu hərbiçilər də var. Maroçko deyib ki, Ukrayna ordusuna ən böyük zərəri “Qərb” hərbi qruplaşmaları vurub.

Hərbi ekspert əlavə edib ki, həftə ərzində Rusiya ordusu həmçinin Ukrayna qoşunlarının 8 tankını, 50 səhra artilleriyasını, 84 elektron və əks-akkumulyator döyüş məntəqəsini, 103 döyüş sursatı, yanacaq və təchizat anbarını, həmçinin 350-dən çox müxtəlif döyüş maşınını məhv edib.

Mehman Mehdiyev
Seçilən
7
1
newscenter.az

2Mənbələr