AZ

Ağız mikrobları mədəaltı vəzi xərçəngi riskini artıra bilər ARŞDIRMA

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 22 sentyabr, AZƏRTAC

ABŞ-da yerləşən (Nyu-York) “NYU Langone Health” və Perlmutter Xərçəng Mərkəzinin alimləri müəyyən ediblər ki, ağızdakı bəzi bakteriya və göbələklər mədəaltı vəzi (pankreas) xərçənginə tutulma riskini 3,5 dəfə artırır.

AZƏRTAC “MeficalXpress” portalına istinadla xəbər verir ki, “JAMA Oncology” jurnalında dərc edilən araşdırma zamanı 122 min sağlam insanın tüpürcək nümunələri analiz edilib və ağız mikrobiomunun (bakteriya və göbələklərin birgə icması) xərçənglə bağlı rol oynaya biləcəyi aşkarlanıb.

Nəticələr göstərib ki, 24 növ bakteriya və göbələk fərdi şəkildə pankreas xərçəngi riskini artırır və ya azaldır. İlk dəfə olaraq ağızda yaşayan Candida göbələyinin də bu xərçənglə əlaqəsi müəyyən olunub. Ağızdakı mikrobların ümumi təsiri xəstəliyə tutulma riskini üç dəfədən çox artırır. Mütəxəssislər bildirirlər ki, ağızdakı mikrobiomanın analizi gələcəkdə kimlərin daha çox risk altında olduğunu müəyyənləşdirməyə kömək edə bilər. Hazırda pankreas xərçəngi üçün effektiv skrininq üsulları çox məhduddur. Tədqiqatçılar əlavə edirlər ki, dişlərin müntəzəm fırçalanması və diş ipindən istifadə təkcə diş əti xəstəliklərinin deyil, həm də bəzi xərçənglərin qarşısının alınmasında rol oynaya bilər.

Elm adamları növbəti mərhələdə ağızdakı virusların və mikrobiomanın xəstələrin sağqalma şansına təsirini öyrənməyi planlaşdırır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
2
azertag.az

3Mənbələr