AZ

Kim Çen In nüvəsizləşdirməni rədd etdi

Şimali Koreyanın (KXDR) lideri Kim Çen In denuklearizasiya çağırışlarını respublikanın suverenliyinə və konstitusiya quruluşuna hücum kimi qiymətləndirərək, ölkəsinin nüvə silahından əl çəkməyəcəyini bəyan edib. SİA xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. "İndi də Amerikanın nüvəsizləşdirmə mantrasını dəstəkləyən çoxlu qüvvələr var. Bu qüvvələr KXDR-in suverenliyinə məhəl qoymur və onu ciddi şəkildə pozur", - Kim Çen In vurğulayıb. O qeyd edib ki, KXDR-in nüvə statusu ölkənin əsas qanununda təsbit edilib və bununla da “qeyri-konstitusiya aktı” törətmək və nüvəsizləşdirməni davam etdirmək mümkün deyil. Şimali Koreya lideri Seulun nüvəsizləşdirmə müqabilində sanksiyaları qismən ləğv etmək təklifini də rədd edib. "Sanksiyaları qaldırın? Olmaz!" - o, Cənubi Koreyanın yeni administrasiyasının təşəbbüslərini şərh edərkən deyib.

Kim Çen In hesab edir ki, Seulun “mərhələ-mərhələ nüvəsizləşdirilməsi” ideyası dialoqun əsaslarını sarsıdır. “Biz nüvə silahından əl çəkməyəcəyik”, - Şimali Koreyanın baş naziri yekunlaşdırıb.

Seçilən
19
2
sia.az

10Mənbələr