Bakı. Trend:
Almaniya Bundesliqasında IV turun son oyunları başa çatıb.
Trend-inməlumatına görə, qarşılaşmalarda bir neçə gözlənilməz nəticə qeydəalınıb.
Günün açılış oyununda “Ayntraxt Frankfurt” doğma meydanda “UnionBerlin”ə 3:4 hesabı ilə uduzub. Ardınca “Bayer Leverkuzen” də xalitkisi ilə üzləşib – leverkuzen təmsilçisi “Mönxenqladbax”lagörüşdə 90+2-ci dəqiqədə buraxdığı qolla qələbəni əldən verib vəmatç 1:1 hesabı ilə yekunlaşıb.
Turun son qarşılaşmasında isə “Borussiya Dortmund” “Volfsburq”u1:0 hesabı ilə məğlub edib.
Dörd turun nəticəsinə görə turnir cədvəlinə maksimum xalla“Bavariya” liderlik edir. “Borussiya Dortmund” 10 xalla ikinci,“Leyptsiq” isə 9 xalla üçüncü sıradadır.