AZ

Donnarummanın “quru” seriyası Premyer Liqanın 5-ci turunda sona çatıb

“Mənçester Siti”nin qapıçısı Canluici Donnarumma İngiltərə Premyer Liqasının 5-ci turunda “Arsenal”la oyunda qol buraxaraq “quru” seriyasını dayandırıb.

İdman.biz xəbər verir ki, italiyalı qolkiper yeni klubunda ilk qolu 90+3-cü dəqiqədə buraxıb.

Görüş 1:1 hesabı ilə başa çatıb.

Əvvəllər “PSJ”nin qapıçısı olan Donnarumma “şəhərlilər”də debütünü “Mançester Yunayted”lə derbidə (3:0) edib. Ardınca Çempionlar Liqasının “Napoli”yə qarşı oyununda (2:0) da qapısını toxunulmaz saxlamışdı. Bununla da o, ardıcıl 270 dəqiqədən çox qol buraxmamışdı.

Qeyd edək ki, ötən mövsüm Donnarumma “PSJ”nin heyətində bütün turnirlərdə 47 oyun keçirib və onların 17-də qapısını toxunulmaz saxlayıb.

İdman.biz

Seçilən
24
1
idman.biz

2Mənbələr