AZ

Əsl super qəhrəman: Hətta güllə belə bu canlıya batmır (FOTO)

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Başlıq mübaliğəli görünsə də, elə deyil. Bu canlıya "günəş yox olana qədər var ola biləcək canlı” deyilir. O, həm dinozavrların mövcudluğuna, həm də onların yox olmasına şahidlik etmiş yeganə orqanizmdir. Söhbət "su ayısı” kimi tanınan tardigradalardan (ərincəklilər)gedir.

Qayanrinfo xəbər verir ki, 1773-cü ildə alman zooloq Yohan Avgust Efraim Geze tərəfindən kəşf edilən, daha sonra 1776-cı ildə italyan bioloq Lazzaro Spallanzani tərəfindən "yavaş hərəkət edən” mənasını verən "tardigrada” adı ilə adlandırılan bu mikroorqanizmlərin 1500-dən çox növü mövcuddur. Uzunluqları adətən 0,5 mm olsa da, bəzi növlər 1,3 mm-ə qədər böyüyə bilir.

Tardigradalara dağ zirvələrindən okeanların dərinliklərinə, tropik meşələrdən Antarktidaya qədər demək olar ki, hər yerdə rast gəlinir. Onlar xüsusilə yosun və likenlərin içində yaşayaraq dəfələrlə quruma və yenidən nəmlənmə proseslərinə dözürlər. Elm adamlarının hesablamalarına görə, bu canlılar 520 milyon ildən bəri mövcuddur.

Tardigralar -272°C-dən 150°C-yə qədər temperatur aralığında yaşaya bilirlər. 2007-ci ildə Avropa Kosmik Agentliyi tərəfindən aparılan təcrübədə onlar 10 gün kosmosun vakuumunda və ultrabənövşəyi şüalanma altında sağ qalıblar. Hətta bəziləri kosmosda yumurtlayaraq sağlam nəsil verdilər.

Ölümcül dozanın min qatına qədər radiasiyaya tab gətirə bilirlər. 2021-ci ildə aparılan sınaqda, saatda 3000 km sürətlə güllə kimi atılsalar da sağ qaldıqları aşkarlanıb.

Tardigraların sirri "kriptobioz” adlanan vəziyyətdədir. Bu zaman onların maddələr mübadiləsi tamamilə dayanır, suyun 90 faizindən çoxunu itirərək top şəklini alırlar. Şərait normallaşdıqda isə yenidən dirçəlirlər.

1948-ci ildə 120 il quru halda qalmış nümunələrdən biri su əlavə ediləndə hərəkət etmişdi. 2016-cı ildə isə 30 il Antarktidada donmuş vəziyyətdə qalan nümunələr yenidən həyata qaytarılıb.

2016-cı ildə aparılan araşdırmada tardigraların "Dsup” adlı zülal istehsal etdiyi müəyyənləşdirilib. Bu zülal hüceyrə nüvəsindəki DNT-ni qoruyur və radiasiyanın törətdiyi zərərləri minimuma endirir.

Alimlər tardigraların bu fövqəladə xüsusiyyətlərinin tibbi və kosmik tədqiqatlarda faydalı ola biləcəyini düşünürlər. Məsələn, onların istehsal etdiyi proteinlərin gələcəkdə xərçəng xəstələrinin radioterapiyadan qorunmasında və insanların başqa planetlərdə yaşaya bilməsi üçün istifadə edilə biləcəyi qeyd olunur.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
qaynarinfo.az

1Mənbələr