AZ

Bundesliqa: “Bayer Leverkuzen” xal itirib, “Borussiya Dortmund” qələbə qazanıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Berlin, 21 sentyabr, AZƏRTAC

Bundesliqanın 4-cü turuna bu gün keçirilən üç oyunla yekun vurulub.

AZƏRTAC xəbər verir ki, ilk oyunda “Aytraxt Frankfurt” gözlənilmədən doğma divarlar arasında “Union Berlin”ə uduzub – 3:4. “Bayer Leverkuzen” də öz meydanında xal itirib. Leverkuzenlilər “Mönxenqladbax” ilə görüşdə minimal hesablı üstünlüyü 90+2-ci dəqiqədə buraxdıqları qol sayəsində əldən veriblər.

Günün sonuncu görüşündə isə “Borussiya Dortmund” klubu “Volfsburq”u məğlub edib – 1:0.

Xatırladaq ki, Bundesliqanın 4-cü turunun açılış matçında “Ştutqart” öz meydanında “St Pauli”yə 2:0 hesabı ilə qalib gəlib. “Bavariya” Münxendə “Hoffenhaym” üzərində 4:1 hesablı qələbə qazanıb. Görüşdə “Bavariya”nın ingilis legioneri Harri Keyn het-trik edib. “Maynts” səfərdə “Auqsburq”u eyni hesabla (4:1) məğlub edib. “Hamburq” doğma meydanında “Haydenhaym”dan üstün olub – 2:1. “Frayburq” səfərdə “Verder Bremen”in qapısından üç cavabsız top keçirib. “Leyptsiq” isə ev oyununda “Köln”ü 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Dörd turdan sonra “Bavariya” maksimum nəticə göstərərək Bundesliqaya liderlik edir. “Borussiya Dormund” 10 xalla ikinci, “Leyptsiq” 9 xalla üçücü sırada qərarlaşıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
2
azertag.az

3Mənbələr