AZ

Tovuzda 64 yaşlı kişinin döyülərək öldürülməsi barədə cinayət işi açıldı - YENİLƏNDİ

Tovuzda həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə News24.az-a Tovuz rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, sentyabrın 18-də Tovuz rayon sakini Elxan Məmmədovun üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən intensiv istintaq tədbirləri nəticəsində Yaşar Qasımovun sentyabrın 16-da aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Elxan Məmmədovu qəsdən öldürməsi və sonuncunun meyitini çayın sahilinə atmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Y.Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

***

01:02

Sentyabrın 18-də Tovuz rayonunun Əyyublu kəndində 1961-ci il təvəllüdlü Elxan Kərim oğlu Məmmədovun meyiti aşkarlanıb.

Bu barədə News24.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun kənd sakini, əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Yaşar Musa oğlu Qasımov tərəfindən döyülərək qəsdən öldürüldüyü müəyyən edilib.

Şübhəli Y.Qasımov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
88
38
news24.az

10Mənbələr