Almaniya Bundesliqasında 4-cü turun son qarşılaşmaları keçirilib
İdman.biz xəbər verir ki, matçlarda bir sıra sürpriz nəticələr qeydə alınıb.
Günün ilk oyununda “Ayntraxt Frankfurt” evdə “Union Berlin”ə 3:4 hesabı ilə məğlub olub. Daha sonra “Bayer Leverkuzen” də xal itkisi ilə üzləşib – leverkuzenlilər “Mönxenqladbax”la görüşdə 90+2-ci dəqiqədə buraxdıqları qolla qələbəni əldən verərək 1:1 hesabı ilə kifayətləniblər.
Turun son oyununda “Borussiya Dortmund” “Volfsburq”u 1:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, turnir cədvəlinə dörd turdan sonra maksimum nəticə ilə “Bavariya” başçılıq edir. “Borussiya Dortmund” 10 xalla ikinci, “Leyptsiq” isə 9 xalla üçüncü pillədə qərarlaşıb.
İdman.biz