AZ

Səhər sürücülərin ən böyük riski – gecə içkiləri SƏHƏR ALKOTESTİ

Hakimiyyet.az oxucularına xüsusi aktual mövzunun izahını verir.

Gecə içilən spirtli içkilər səhər saatlarında da sürücülər üçün ciddi təhlükə yarada bilər. Mütəxəssislərin sözlərinə görə, orqanizm spirtli içkiləri tam təmizləmək üçün uzun müddətə ehtiyac duyur. Bu isə o deməkdir ki, sürücü gecə içsə belə, səhər sükan arxasına oturduqda alkotestdə nəticə müsbət çıxma ehtimalı çox yüksəkdir.

0.5 litr pivə (5%) → təxminən 2–3 saata çıxır.

 

100 qram araq (40%) → təxminən 6–8 saata çıxır.

 

200 qram araq → 12–14 saata qədər qalır.

 

0.7 litr şərab (12%) → 8–10 saata qədər qalır.

Əgər gecə çox içmisənsə, səhər saatlarında aparatda çıxma ehtimalı çox böyükdür. Sənin çəkindən, qaraciyərin işləməsindən və nə qədər içməyindən asılı olaraq fərq ola bilər, amma tam “təmiz” olmaq üçün bəzən 12–24 saata qədər vaxt tələb olunur.

Seçilən
15
hakimiyyet.az

1Mənbələr