AZ

Tovuz sakininin döyülərək öldürüldüyü müəyyən edilib

Bakı. Trend:

Sentyabrın 18-də Tovuz rayonunun Əyyublu kəndində 1961-ci iltəvəllüdlü Elxan Kərim oğlu Məmmədovun meyiti tapılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən Trend-ə məlumata görə, polisəməkdaşları tərəfindən aparılan araşdırmalarla onun kənd sakini,əvvəllər məhkum olunmuş, 1975-ci il təvəllüdlü Yaşar Musa oğluQasımov tərəfindən döyülərək qəsdən öldürüldüyü müəyyən edilib.

Şübhəli şəxs Y.Qasımov saxlanılaraq istintaqa təhvilverilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
21
14
az.trend.az

10Mənbələr