Qazaxıstanda keçirilən “Silk Way Star” beynəlxalq musiqi müsabiqəsində maraqlı anlar yaşanıb.
Turkustan.az xəbər verir ki, yarışmada azərbaycanlı münsiflər heyəti Ermənistan təmsilçisi Saro Gevorqyana 10 xal verib.
Erməni münsiflər isə cavab olaraq Azərbaycan iştirakçısı Səbinə Zadəyə maksimum – 10 xal təqdim ediblər.
Bu qarşılıqlı addım ilk baxışdan ya xoş niyyət jesti, ya da sadəcə nadir təsadüf kimi qiymətləndirilib.
Qeyd edək ki, beynəlxalq musiqi yarışmasında Azərbaycan və Ermənistan nümayəndələrinin bir-birinə ilk dəfə ən yüksək bal verdiyi bildirilir./globalinfo.az/