AZ

Tramp Kirklə vidalaşmaq üçün Arizonaya uçdu

ABŞ Prezidenti Donald Tramp mühafizəkar Çarli Kirkin anım mərasimində iştirak etmək üçün Arizona ştatına uçub.

Publika.az xəbər vrir ki, bu barədə "NBC News" məlumat yayıb.

Qeyd edililib ki, dövlət başçısı mərasimdə çıxış edəcək.

Ağ Ev dünən ibadət mərasimində Amerika lideri ilə yanaşı vitse-prezident J.D.Vens, Nümayəndələr Palatasının spikeri Mayk Conson və federal kabinet nazirlərinin də iştirak edəcəyini açıqlayıb. İdarə heyətini daşıyan iki tam dolu təyyarə xidmət üçün Arizonaya göndərilib. Anım mərasiminin keçirildiyi Qlendeyl üzərində uçuşa qadağa tətbiq edilib. ABŞ Daxili Təhlükəsizlik Departamenti bu xidməti ən yüksək milli əhəmiyyətə malik olaraq təyin edib.

Sentyabrın 10-da mühafizəkar fəal Çarli Kirk Yuta ştatında universitetin kampusunda çıxışı zamanı qətlə yetirilib . O, 180 metr məsafədən tüfənglə vurulub, güllə boynuna dəyib. Kirk xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Seçilən
66
22
publika.az

10Mənbələr