AZ

Suriyada parlament seçkiləri keçiriləcək

Qahirə, 21 sentyabr, AZƏRTAC

Oktyabrın 5-də Suriyada parlament seçkiləri keçiriləcək.

AZƏRTAC SANA agentliyinə istinadla xəbər verir ki, bu, Suriyada 14 il davam edən vətəndaş müharibəsindən və son hakimiyyət dəyişikliyindən sonra ilk parlament seçkiləridir.

Qeyd olunur ki, 210 yerlik Xalq Məclisinə seçkilər bütün dairələrdə keçiriləcək. Seçki komissiyası isə ötən ay bəyan etmişdi ki, səsvermə təhlükəsizlik səbəblərinə görə, üç vilayətdə təxirə salına bilər.

Suriya Prezidenti Əhməd əl-Şaraa qanunvericilərin üçdə birini təyin etmək səlahiyyətinə malikdir.

 
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
32
3
azertag.az

4Mənbələr