AZ

HƏMAS: Fələstinin tanınması praktiki tədbirlərlə müşayiət olunmalıdır

Fələstinin Avstraliya, Böyük Britaniya və Kanada tərəfindən tanınması mühüm addımdır, lakin bu, həmin dövlətlərin hakimiyyət orqanlarının konkret addımları ilə müşayiət olunmalıdır.

Teleqraf xəbər verir ki, bu barədə "HƏMAS" hərəkatı "Telegram" kanalında bildirib.

"Fələstinin müstəqilliyinin tanınması mühüm addımdır, lakin bundan sonra Qəzza zolağında müharibənin dərhal dayandırılması və İordan çayının qərb sahilinin ilhaqının qarşısının alınması üçün əməli tədbirlər görülməlidir", - deyə bildirilib.

"HƏMAS" onu da qeyd edib ki, Fələstin Dövlətinin tanınması “öz azadlığı uğrunda mübarizə aparan Fələstin xalqına verilən hörmətdir”.
Seçilən
12
6
sherg.az

10Mənbələr