Kamçatka diyarında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Zəlzələ Petropavlovsk-Kamçatskidən 177 km aralıda baş verib. Zəlzələnin ocağı 17,4 km dərinlikdə yerləşib.