Bakı, 21 sentyabr, AZƏRTAC
"Fənərbağça" futbol klubunun yeni prezidenti bəlli olub.
AZƏRTAC İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Sadəttin Saran seçilib.
O, 12.325 səslə birinci olub.
"Fənərbağça"nın son prezidenti Ali Koç isə 12.068 səs toplayıb.