AZ

Özgür Özəl yenidən partiya lideri seçilib...

Özgür Özəl Türkiyənin ən böyük müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) 21 sentyabr bazar günü keçirilən növbədənkənar qurultayında yenidən başqan seçilib.

SİA-nın məlumatına görə, DW xəbər verir ki, etibarlı 835 səsin hamısı onun lehinə verilib.

Bundan əvvəl Türkiyə məhkəməsi Özəl-in sədr seçildiyi CHP-nin 2023-cü ilin noyabrında keçirilən qurultayının nəticələrinin ləğvi məsələsinə baxmağa başlayıb. Partiya hesab edir ki, onun növbəti qurultayda yenidən seçilməsi partiyaya qarşı iddianın hüquqi əsaslarını aradan qaldırmalıdır.

AFP agentliyi Özgür Özəldən sitat gətirib: "Hüquq ekspertlərimiz buna qarşı ən uyğun tədbirləri görür. Bu konqreslə onların [prokurorluğun] bütün hüquqi arqumentləri ortadan qalxır". O, səsverməni “sırf texniki və hüquqi manevr” kimi qiymətləndirib.

Məhkəmə CHP qurultayının nəticələrini etibarsız sayarsa, Özəl vəzifəsindən uzaqlaşdırıla bilər ki, bu da öz növbəsində 2028-ci ildə Türkiyədə keçiriləcək prezident seçkilərinin vaxtına təsir göstərə və ölkənin ana müxalifət partiyası daxilində kadr dəyişikliyinə səbəb ola bilər.

Bunu Reuters daha əvvəl xəbər verib.

Sentyabrın 15-də keçiriləcək məhkəmə iclası öncəsi Ankarada on minlərlə insan hökumət əleyhinə nümayiş keçirib. “Reuters”in məlumatına görə, onlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın istefasını tələb edən şüarlar səsləndiriblər.

Əli Babayev

Seçilən
7
1
sia.az

2Mənbələr