BAKI, 21 sentyabr. TELEQRAF
Bir qrup ABŞ senatoru Vaşinqton-Pekin münasibətlərini sabitləşdirmək üçün Çinə səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd olunur ki, bu, 2019-cu ildən bəri ilk belə səfərdir .
Nümayəndə heyətinə Demokratlar Partiyasından olan Adam Smit başçılıq edir .
Amerikalı qanunvericilər Çinin Baş naziri Li Qian ilə görüşüblər. İkili əməkdaşlığın intensivləşdirilməsi və Vaşinqtonla Pekin arasındakı buzları qırmağın zəruriliyini müzakirə ediblər .
Sentyabrın 19-da ABŞ prezidenti Donald Tramp Cənubi Koreyada keçiriləcək APEC sammitində Çin prezidenti Si Cinpinlə görüşməyə razılaşdığını açıqlayıb .
Amerika lideri bildirib ki, gələn ilin əvvəlində Çinə səfər etməyi planlaşdırır və Si Cinpinin ABŞ-a səfəri “uyğun vaxtda” baş tutacaq.