AZ

Kanada Fələstinin müstəqilliyini tanıyıb

Kanada Baş naziri Mark Karni Fələstinin müstəqilliyini tanımaqla bağlı bəyanat verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bəyanatda bildirilir ki, Kanada Fələstin Dövlətini tanıyır və həm Fələstin, həm də İsrail üçün dinc gələcəyin qurulmasında tərəfdaşlığını təklif edir. Vurğulanır ki, Kanada bu addımı “iki dövlətli həll” imkanlarını qorumaq üçün əlaqələndirilmiş beynəlxalq səylərin tərkib hissəsi olaraq atıb.

“Fələstin Administrasiyasının rəhbərlik etdiyi Fələstin Dövlətinin tanınması dinc yanaşı yaşamaq və HƏMAS-a son qoymaq istəyənləri gücləndirir. Bu, heç bir şəkildə terroru qanuniləşdirmir. Fələstin Administrasiyası Kanada və beynəlxalq ictimaiyyət qarşısında çox ehtiyac duyulan islahatlar, o cümlədən onun idarəçiliyində əsaslı islahatların aparılması, 2026-cı ildə HƏMAS-ın heç bir rol oynaya bilməyəcəyi ümumi seçkilərin keçirilməsi və Fələstin Dövlətinin demilitarizasiyası ilə bağlı birbaşa öhdəliklər götürüb. Kanada artıq irəliləyiş əldə edilmiş bu islahat gündəmini Fələstin Administrasiyasının həyata keçirməsinə dəstək vermək üçün səyləri gücləndirəcək”,- deyə bəyanatda qeyd olunur.

Seçilən
19
5
operativmm.az

10Mənbələr