AZ

Qeyri-sabit havanın bölgələrdə törətdiyi FƏSADLAR...VİDEO

Qırılan ağac... Fəsad nəticəsində yarasız hala düşən obyekt...

İsmayıllıda güclü külək ağacı kafenin üzərinə aşırıb.

Xezerxeber.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun mərkəzi parkında baş verib. İrigövdəli ağac rayon sakini Ravid Pənahova məxsus kafenin üzərinə aşıb. Hadisə zamanı xəsarət alan olmasa da, obyektə ciddi ziyan dəyib.

Gecə saatlarında yağan yağış isə Muğanlı-İsmayıllı yolunda fəsad törədib. 35-ci kilometrdə dağdan gələn sel səbəbindən avtomobillər yolda qalıb. Hadisə yerinə "İsmayıllı Yol" MMC-nin əməkdaşları və texnikası cəlb edilib. Görülən tədbirlər nəticəsində yolda hərəkət bərpa edilib.

Xocalıda isə ildırım düşməsi nəticəsində evdə yanğın olub .

Rayonun Şuşakənd kəndində evə ildırım düşməsi nəticədə evin çardağının 400 kvadratmetri yanıb. Əraziyə yanğınsöndürmə əməkdaşları cəlb olunub. Yanğın söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
5
xezerxeber.az

1Mənbələr