Bakı Dövlət Universitetinin (BDU) “BSU SSTCC” komandası “TEKNOFEST-2025”in final mərhələsində möhtəşəm çıxışı ilə 1-ci yerə layiq görülüb, qızıl medal və kubok qazanıb.
"Unikal" xəbər verir ki, Azərbaycanın gənc texnoloqları dünya səviyyəsində güclərini bir daha nümayiş etdiriblər. Bu böyük uğura imza atan komandamızın üzvləri İlyas Nəsibov, Reyhan Mirsultanova, Cəmil Cəfərli və Tahir Əliyevdir.
Dünyanın ən böyük aerokosmik və texnologiya festivalı olan “TEKNOFEST – 2025 İstanbul” 17-21 sentyabr tarixlərində İstanbulda keçirilib. Bu il festivalda 96 ölkədən 565,776 komanda iştirak üçün müraciət edib. “Əngəlsiz həyat texnologiyaları” kateqoriyasında “NeuroScreen” layihəsi ilə final mərhələsinə ən yüksək bal – 97.67 bal ilə yüksələn BDU-nun komandası 24 finalçı komandanın yarışdığı yekun mərhələdə də göstərdiyi nəticə ilə bir daha seçilib.