Apasport saytından alınan məlumata görə, ain.az bildirir.
"Neftçi" Misli Premyer Liqasının V turu çərçivəsində səfərdə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi oyundan sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Futbolçularıma yaxşı oyuna görə həddindən artıq təşəkkür edirəm. Bundan əvvəl “Sabah”, “Turan Tovuz”a qarşı da yaxşı oynamışdıq. Onun üstünə qoyaraq, meydanda udmaq istəyən komanda gördük. Bu da səbəbsiz deyil. Özünüz bilirsiz ki, “Neftçi” hansı kalibrda olan komandadır. Böyük komandadır. Heç-heçə belə, bu komanda üçün uğursuz sayılır. Nə qədər izah etsən də ki, yeni komandayıq. Reallıq budur. Məndən əvvəl də belə olub, mənim dövrümdə də belə olacaq, bundan sonra da belə olacaq. Qaçılmazdır. Reallıq komandanın göstərdiyi oyundur. Birinci gündən nəticələr gözləntiləri vermirdi...Çempionlar Liqasında “Qalatasaray” 1:5 “Ayntraxt”a uduzdu. Maraqlı gəldi ki, baş məşqçi nələr deyəcək? Okan Buruk nəyin üzərində dayandı? Baş məşqçi mətbuat konfransında nələrsə danışırsa, dərhal reaksiya vermək, yazmaq normaldır. Amma siz bizim yanımızda deyilsiz, prosesləri bilməyə bilərsiz. Qısası sizlik deyil də. Bizimlə deyilsiz. Hərdən çox şeyi demirik. Okan Buruk vurğuladığı məsələlərdən biri o idi ki, oyuna 4 futbolçu ilə çıxmışdıq. İlkay Gündoğan top səviyyədə oyunçudur. Biz də yeni komandayıq. Bilirik ki, kimlərsə nəsə deyəcək. Xal itirirsən, təzyiq gəlir. Səni istəməyənlər, “Neftçi”ni istəməyənlər...Hamıdan təzyiq gəlir. Futbolçular da bunu görür. Amma onları bu durumdan çıxarmaq, qələbəyə kökləmək tək mənim işim deyil. Bunun arxasında duran rəhbərliyimizdir. Onlar mənim arxamdadır, bu vaxta qədər görmədiyim bir şeydir. Qalibiyyət üçün nə lazımdırsa....Hətta artığını edirlər. Bizi ayaqda saxlayan, bu cür oynamağa təkan verən rəhbərliyimizdir. Şəxsən mən və komandamın adından rəhbərliyə həsr edirəm. Var olsunlar. Yeni qələbələr üçün təkan olar".
- Əvəzetmələr həlledici oldu. Öncədən planlaşdırılmış əvəzetmələr idi, yoxsa gedişatda verilən qərarlar oldu?
- Hansısa məşqçi deyirsə ki, bu futbolçu öncədən düşünərək meydana buraxdım, yalandır. Hardan bilək ki, o qol vuracaq? Sadəcə görürsən kimsə oyundan düşür, meydana buraxırsan. Onun qol vuracağını bilmirdim.
- Ağadadaş Salyanskini növbəti matçlarda da şans ala bilər?
- Hamısı şans alacaq. Uzun müddət oynamayanlar da oynayacaq.
- Bəzən deyirlər ki, belə komandalara bir qalibiyyət çox kömək edir. Növbəti oyunlarda bu qələbənin nə dərəcədə əhəmiyyəti olacaq?
- Dəhşətli dərəcədə əhəmiyyətlidir. Bu gün biz o qədər xoşbəxtik ki, sanki çiynimizdən yük atmış olduq. Buna çox ehtiyacımız var idi. Qol vurmurduq, alınmırdı, son nöqtədə paslar alınmırdı. Penalti epizoduna da qayıtmaq lazımdır. Orada penalti gördük. Heç-heçə də ola bilərdi. Dəfələrlə dediyim bir şey var. Biz rəqibə epizod vermirik. Neçə oyundur ki, belədir. Keçən ilki vəziyyəti müqayisə edirsən, hər epizodda qapına qol vurulurdu... Futbolçular bunu düzəldə biliblər. Yeni oyunçularla, daha kollektiv şəkildə oynayırıq, ürəklərini meydanda qoyurlar. Bu da nəticəsidir. Bunların sonunda hamısını nəticəyə çevirsək, həqiqətən yaxşı komandayıq.
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
Valdas Dambrauskas: “Çox işləməliyik və çıxış yolları axtarmalıyıq”
Kurban Berdıyev: “Çalışacağıq ki, bunların qarşısını alaq"
“Sabah” “Turan Tovuz”u məğlub etdi - YENİLƏNİB
Qismət Alıyevdən tarixi uğur
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.