Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakı, 21 sentyabr, AZƏRTAC
İngiltərə Premyer Liqasında V turun maraqlı görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, "Arsenal" doğma meydanda "Mançester Siti"ni qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı qonaqların heyətində Erlinq Holand açıb. London təmsilçisi isə Qabriel Martinellinin 90+3-də vurduğu qolu ilə hesabı bərabərləşdirb və 1 xal qazanıb.
Hazırda "Arsenal" 10 xalla ikinci pillədə qərarlaşıb. "Şəhərlilər" isə 7 xalla doqquzuncu yerdədir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.