Bakı. Trend:
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatınayekun vurulub.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, son yarışgünündə yunan-Roma güləşi üzrə 63, 67 və 87 kq-da medalçılarmüəyyənləşib.
İkinci dəfə dünya çempionatının finalına yüksələn Həsrət Cəfərov(67 kq) həlledici görüşdə iranlı olimpiya çempionu Səid Esmaili iləqarşılaşıb. Rəqibinə minimal fərqlə (1:2) məğlub olan güləşçimiznövbəti dəfə dünya çempionatında gümüş medal qazanıb. Bu, onunböyüklər arasında 3-cü (2 gümüş, 1 bürünc) DÇ medalı olub.
Bununla da yunan-Roma güləşçilərimizin mundialda medalların sayı4-ə çatıb. Xatırladaq ki, daha öncə Ülvü Qənizadə (72 kq) qızıl,Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medalıboynundan asıb.