Fransa İsrailin Qəzzada hərbi əməliyyatlarını soyqırımı hesab etmir.
Operativ Media xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron "CBS News" telekanalına müsahibəsində bildirib .
"Xeyr, biz baş verənləri soyqırımı kimi qiymətləndirmirik. Çünki bu, sadəcə, siyasi bəyanat deyil. Yalnız hakimlər və ya tarixçilər nəyisə bir çox dəlillərə, aydın hüquqi bazaya və aşkar elementlərə əsaslanaraq soyqırımı kimi tanıya bilərlər", - Makron bildirib.
Qeyd edək ki, bundan əvvəl BMT Beynəlxalq Təhqiqat Komissiyası İsrailin baş naziri Benyamin Netanyahu, prezident İsaak Hersoq və keçmiş müdafiə naziri Yoav Qalantı Fələstin xalqına qarşı soyqırımı həyata keçirməkdə ittiham edib.