Müxtəlif işə düzəltmə təklifləri, uduşlu kampaniya,görüntülü zəng və s...
Bu kimi kiberdələduzluq hallarından sonra indi də sərfəli kredit təklif edən bank adı ilə heç vətəndaşın özünün də xəbəri olmadan kartdakı pullar ələ keçirilə bilər. Hər hansı tətbiqin messencerindən kredit təklif edən naməlum bank əməkdaşı ilə yazışmaq, göndərdiyi linkə daxil olmaq və ya kreditin köçürülməsi üçün kart məlumatlarını bölüşmək kiberdələduzların toruna düşməklə nəticələnə bilər.
Xezerxeber.az xəbər verir ki, kibertəhlükəsizlik üzrə ekspert Rəşad Əliyevin sözlərinə görə, əvvəlcə gələn zəng və mesajin ölkədən kənar olub-olmadığını aydınlaşdırmaq lazımıdr. Bunun üçün isə Azərbaycan nömrələrinin "+994"lə başladığını bilmək kifayətdir. Ancaq kibertələyə düşməmək üçün diqqət edilməli məqamlar bununla bitmir.
Hər bir halda heç bir bank müştəridən məxfi məlumatları tam açıq formada tələb etmir, onlayn pul köçürmək üçün kart məlumatlarını istəmir. Bu cür hallara diqqət etməklə kibertələdən qorunmaq mümkündür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.