AZ

Masallıda antiterror şəhidlərinin anım mərasimi – Polis əməkdaşlarının nümunəvi iştirakı

Masallı Rayon Polis Şöbəsinin rəisi, polis-polkovniki cənab Azay Ağayev və şöbənin əməkdaşları antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlarımızın anım mərasimində iştirak edərək onların məzarlarını ziyarət ediblər.

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və təhlükəsizliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi hər zaman hörmət və ehtiramla yad edilir. Masallı RPŞ rəisi, polis-polkovniki cənab Azay Ağayev daim şəhid ailələrinə həssaslıqla yanaşır, onların qayğıları ilə yaxından maraqlanır və hərtərəfli dəstəyini əsirgəmir.

Bu, Azərbaycan Polisinin yalnız vətəndaşların təhlükəsizliyinin təminatçısı və sabitliyin qoruyucusu olmadığını, eyni zamanda xalqla sıx bağlılıq nümayiş etdirdiyini bir daha göstərir.

Polis əməkdaşlarının bu fəaliyyətləri ölkə başçısı cənab İlham Əliyevin və Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun verdiyi tapşırıq və göstərişlərin real təzahürüdür. Dövlətimizin rəhbərliyi hər zaman şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsini, onların ailələrinə xüsusi diqqət və qayğının göstərilməsini prioritet məsələ kimi qarşıya qoyur.

Şəhidlərimizin ruhu qarşısında baş əyən və onların ailələrinin yanında olan hər kəs cəmiyyətin mənəvi gücünü artırır, həmrəyliyi möhkəmləndirir və xalq-dövlət birliyinin əzəmətini nümayiş etdirir.

Seçilən
1
sabahinfo.az

1Mənbələr