AZ

Ordubadda qarın hündürlüyü 19 santimetrə çatıb - YENİLƏNİB

Gün ərzində muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.

Şahbuz, Culfa və Ordubad rayonun yüksək dağlıq ərazilərinə qar yağır. Axşam saatlarına doğru Ordubad rayonunun Parağaçay qəsəbəsi istiqamətindəki 3800-3900 metr yüksəklik ərazidə qarın hündürlüyü 19 santimetrə çatıb.

12:57

Sentyabrın 21-də muxtar respublika ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.

SİA yerli mənbələrə istinadən xəbər verir ki,bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən məlumat verilib.

Sentyabrın 21-i saat 12:00-a olan məlumata əsasən, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.

Şahbuz, Culfa və Ordubad rayonun yüksək dağlıq ərazilərinə qar yağır.

Seçilən
26
4
sia.az

10Mənbələr