AZ

Pensiyaya çıxmaq üçün 10 ən yaxşı ölkə – SİYAHI

“Global Citizen Solutions” şirkəti 2025-ci il üçün təqaüdə çıxmaq haqqında qlobal hesabat dərc edib.

NOCOMMENT.az xəbər verir ki, oxu.Az bu barədə CNBC telekanalına istinadən məlumat yayıb.

Hesabatda 44 passiv gəlir növü və pensiya vizaları üzrə proqramlar qiymətləndirilib.

Portuqaliya xaricdə təqaüdə çıxmaq üçün ən yaxşı ölkə seçilib. Bu ölkə Avropa İttifaqına daxil olmayan ölkələrin vətəndaşlarına D7 vizası təklif edir. D7 vizası pensiyalar və ya icarə gəliri kimi sabit passiv gəliri olan şəxslərin təqaüdə çıxmasına imkan verir.

Bu viza üçün müraciət etməkdən ötrü minimum 870 avro gəlir tələb olunur. İlkin yaşayış icazəsi aldıqdan və Portuqaliyada ən azı beş il yaşadıqdan sonra daimi yaşayış və ya vətəndaşlıq üçün müraciət etmək mümkündür.

2025-ci ildə xaricdə təqaüdə çıxmaq üçün ən yaxşı 10 ölkə:

1. Portuqaliya

2. Mavriki

3. İspaniya

4. Uruqvay

5. Avstriya

6. İtaliya

7. Sloveniya

8. Malta

9. Litva

10. Çili

Seçilən
6
4
nocomment.az

5Mənbələr