"Ağır məğlubiyyət oldu. Komanda olaraq, qırmızı vərəqəyə qədər futbolçular başabaş oynamağa çalışırdılar. Qol epizodlarına da girdik. Amma qırmızı vərəqədən sonra "Qarabağ"a qarşı oynamaq çətindir. Danışılası çox şey yoxdur. Bu ağır məğlubiyyəti unudub, qarşıdakı matçlara hazırlaşmaq lazımdır".

Offsideplus.az xəbər verir ki, "Araz-Naxçıvan" klubunun baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

O, qırmızı vərəqəyə görə, baş hakimin qərarını ağır adlandırıb və - "Qınanılacaq epizod da yoxdur. Əliyar Ağayevin qərarı ağır idi. Penalti verirsən, rəqibi azlıqda saxlayırsan... Ağır qərar oldu. Qırmızı vərəqə vermədən də, penalti verib, oyunu davam edə bilərdi. Penalti var idi." - deyə qərarı doğru hesab edib.