AZ

Azərbaycanı Açıq Avropa Turnirində təmsil edəcək cüdoçular müəyyənləşib

Azərbaycanı Çexiyanın paytaxtı Praqada təşkil olunacaq Açıq Avropa Turnirində təmsil edəcək cüdoçular müəyyənləşib...

Poliqon cüdo federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirdə ölkəmizi 11 çəki dərəcəsində 24 cüdoçu (15 kişi, 9 qadın) təmsil edəcək.

Yarışda kişi cüdoçulardan Hüseyn Allahyarov, Murad Muradlı, Qasım Vəlizadə (hamısı 60 kq), Kənan İsmayılov, Tofiq Məmmədov, Elşən Əsədov, Nazir Talıbov, İslam Rəhimov (hamısı 66 kq), Kamran Süleymanov, İbrahim Əliyev, Rüfət Şövlətov, Nəriman Mirzəyev (hamısı 73 kq), Məhərrəm İmamverdiyev (81 kq), Naim Hüseynov (90 kq), Elmar Qasımov (100 kq), qadınlardan isə Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Gülnarə Bayramova, Ülviyyə Bayramova, Vüsalə Hacıyeva (hamısı 57 kq), Südabə Ağayeva, Aytac Qardaşxanlı (hər ikisi 70 kq), Günel Həsənli və Nərmin Əmirli (78 kq) iştirak edəcək.

İdmançılarımıza kişilərdən ibarət yığmanın böyük məşqçisi Slavko Tekiç və qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif rəhbərlik edəcək.

Qeyd edək ki, 27–28 sentyabrda təşkil olunacaq turnirdə 37 ölkədən 454 idmançı (283 kişi, 171 qadın) qüvvəsini sınayacaq.

Poliqon.info

Seçilən
44
9
poliqon.info

10Mənbələr