Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Roma, 21 sentyabr, AZƏRTAC
İtaliyada təxminən 1,1 milyon insan “Alzheimer” xəstəliyindən əziyyət çəkir.
AZƏRTAC xəbər verir ki, ölkədə 4 milyondan çox insanın əziyyət çəkdiyi “Alzheimer” yalnız yaddaş pozğunluğu deyil, həm də social həyata təsir edən vəziyyətdir. Çünki İtaliyada ən azı 3 milyon ailə baxıcısı var ki, onlar çox vaxt böyük bir yüklə üz-üzə qalır və bu, onların psixoloji, fiziki və iqtisadi sağlamlığına ciddi təsir göstərir.
Aparılan araşdırmaya görə, xəstələrə qayğı göstərənlərin 40 faizində narahatlıq və ya depressiya əlamətləri inkişaf edir. Bir çox ailələr diaqnozu gizlətmək, təcrid edilmiş və dəstəkdən məhrum olmaq hökmü ilə yaşayırlar. Ölkədə hər il bu xəstəliyin müalicəsi və digər xərcləri təxminən 15 milyard avro təşkil edir.
Qeyd edək ki, 21 sentyabr Ümumdünya Alzheimer Günüdür. “Alzheimer” hazırda dünyada 7-ci əsas ölüm səbəbidir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.