Rumıniyanın cənubundakı Bistret gölü quraqlıq və yerli müəssisələrin sui-istifadəsi səbəbindən susuz qalıb.
NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Digi24” məlumat yayıb.
Məlumata görə, Rumıniyanın tarixi Olteniya bölgəsindəki ən böyük göllərdən biri “səhra”ya çevrilib.
Sahəsi 2 200 hektar olan Bistret gölü 2007-ci ildən qorunma altındadır.
Ekspertlərin fikrincə, gölün quruması yerli sakinlər üçün fəlakətli ola bilər.