AZ

“Neftçi”nin fransız legioneri: “Fərqlənə bilmirik”

“Səmimi deyəcəm, qarşıdakı rəqibin kimliyi bizi maraqlandırmır. Çünki əsas diqqəti öz oyunumuza və hədəfimizə ayırırıq”.

İdman.biz xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin vingeri İmad Faraj deyib.

4 matçdır qələbə qazana bilməyən bakılılar bu gün səfərdə cari mövsümdə məğlub olmayan (“İmişli” ilə görüşdəki texniki qələbəni nəzərə alsaq) Sumqayıt təmsilçisinə qarşı mübarizə aparacaq.

Fransalı komandadakı narahatlıqdan söz açaraq, qələbə sevinci yaşayacaqlarına inandığını bildirib: “Bu dəqiqə məni daha çox maraqlandıran qol vurmağımızdır. Çünki neçə oyundur rəqib üstün görünürük, çox sayda qol imkanı yaradırıq, lakin fərqlənə bilmirik.

Təkcə “Sabah”la oyunda nə qədər şansı qaçırdıq. Məşqlərdəki çalışqanlığımıza əsasən deyə bilərəm ki, “Sumqayıt”a qarşı da yaxşı oynayacağıq. Buna 100 faiz əminəm. Vacib olan əlimizə düşəcək imkanları qolla sonlandırmaqdır.

Hazırda komandada hər kəs qələbəyə və qollar vurmağa köklənib.Yekunda sevinən tərəf olacağımıza ümid edirəm”.

Qeyd edək ki, sentyabrın 21-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 19:30-da başlayacaq.

İdman.biz

Seçilən
42
2
idman.biz

3Mənbələr