AZ

“Qarabağ” darmadağınla qalib gəldi

“Qarabağ” Azərbaycan Premyer Liqasının V turunda “Araz-Naxçıvan”ı böyük hesabla məğlub edib.

Msport.az xəbər verir ki, “Liv Bona Dea Arena”da baş tutan qarşılşama Ağdam təsmilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ”ın heyətində Toral Bayramov het-trikə (4, 28 (pen.) və 65-ci (pen.) dəqiqələr) imza atıb. Digər qolları isə Musa Qurbanlı (52-ci dəqiqə) və Kris Kuaku (85-ci dəqiqə) rəqib qapısından keçiriblər.

Bu nəticədən sonra Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv xallarının sayını 7-yə çatdıraraq turnir cədvəlinin beşinci pilləsinə yüksəlib. Naxçıvan klubu isə 10 xalla 3-cü pillədədir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “İmişli” “Karvan-Yevlax”ı, “Qəbələ” “Kəpəz”i 3:0, “Zirə” “Şamaxı”nı 2:1, “Sabah” “Turan Tovuz”u 2:0 hesabı ilə üstələyib.

Seçilən
5
8
msport.az

10Mənbələr