AZ

ADSEA nın tri muşketor u

ain.az bildirir, Newscenter.az saytına əsaslanaraq.

Neft maxinatoru Adnan Əhmədzadə iqtisadiyyatımıza, ölkəmizin imicinə zərbə vuran sabotajçı fəaliyyətinə görə həbs edildi. Olduqca mühüm hadisədir və yalnız alqışlanmalıdır. Dövlətimizi talayanlar gec-tez cəzasız qalmır və qalmayacaq. Ən azı ona görə ki, xüsusi xidmət orqanlarımız əmin əllərdədir! Bu məqamda xüsusi olaraq bir mühüm təxribat faktını da diqqətə çatdırmağı özümüzə borc bilirik: Ölkəmizin su, meliorasiya və kanalizasiya təsərrüfatında da neft sektoru ilə oxşar, hətta daha dəhşətli olaylar baş verməkdədir! Azərbaycan iqtisadiyyatına, sosial, kommunal həyatına, habelə iqtidarın cəmiyyətdəki nüfuzuna, ölkəmizin imicinə Adnan Əhmədzadə qədər, hətta ondan çox zərbə vuran, sabotajlar, yeyintilər həyata keçirənlərdən biri də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyini dədə, ailə, qohumlar mülkü kimi idarə edən, yarıtmaz, naşı fəaliyyətlə paytaxtı və regionları aylardır susuz qoyan, yağış yağan kimi şəhərin su basmasına səbəb olan, ölkə boyunca ciddi narazılıqlar yaradan, əsas tenderləri öz nəzarətlərində olan şirkətlərə, biznes şəriklərinə (bu şəriklərin Bakının rayonlarından birində sahibkarlara necə qan uddurması, dələduzluq faktı törətmələrinin rəsmiləşməsi də gizli deyil) verən üç quda - Zaur Mikayılov, saxta diplomlu Fuad Quliyev və Əsəd Şirinovdur! Onlar su, meliorasiya və kanalizasiya sistemlərini idarə etmək adı altında ADSEA-nı milyonlara sahiblənmək üçün çökdürürlər! Bu əməllərdən yazan media qurumlarına isə trolları, "adamları" vasitəsilə ADSEA-nın, Z.Mikayılovun, Fuad Quliyevin arxasında guya mötəbər bir şəxsin dayandığını iddia edərək, hədə-qorxu gəlir, təhdid edirlər. Hansı ki, adını hallandırdıqları mötəbər şəxsin bu işlərdən qətiyyən xəbəri yoxdur. Beləliklə, həmin şəxsin adını bədnam edir, nüfuzdan salırlar...Adnan Əhmədzadənin korrupsioner fəaliyyəti haqda media neçə illər öncə yazırdı. Onda da Adnanın trolları fikri yayındırır, saxta işgüzar imicini yaradırdılar. Eyni prosesi indi ADSEA-nın "tri muşketor"unun - qudalar Zaur Mikayılovun, Fuad Quliyevin və Əsəd Şirinovun trolları həyata keçirir və hökuməti, ictimaiyyəti aldatmaqla məşğuldurlar. Nəticədə ölkə susuz qalır, fermerlər, kəndlilər suvarma,suyuna həsrət qalır. Qudalar isə tenderlər adı altında milyonları göyə sovurur! Faktlar kifayət qədərdir, trolların malalama cəhdinə rəgmən.Bu qudalar faktiki ölkənin su təsərrüfatını məhv edirlər. Müvafiq dövlət qurumları onların fəaliyyətini, biznes möhtəkirliyini kontrola almasa, Adnan Əhmədzadə olayı jurnal olacaq...Elşad Məmmədli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
1
newscenter.az

2Mənbələr