AZ

Fələstin XIN: Dövlət kimi tanınmağımız çox böyük diplomatik uğurdur

BAKI, 21 sentyabr. TELEQRAF

Fələstin dövlətinin bir neçə ölkə tərəfindən tanınması illərlə aparılan diplomatik işin nəticəsidir. Bu, çox böyük diplomatik uğurdur.

Teleqraf xəbər verir ki, bunu Fələstinin xarici işlər nazirinin müavini Ömər Avadallah bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqi Fələstin dövləti olmadan təsəvvür etmək olmaz: "Dövlətlər praktiki addımlarla iki dövlət prinsipini qorumaq üçün Fələstin dövlətinin yaradılmasına çalışırlar”.

Qeyd edək ki, bu gün Böyük Britaniya, Kanada və Avstraliya Fələstini dövlət kimi tanıyıb.

Seçilən
7
1
teleqraf.com

2Mənbələr