Xəbər verdiyimiz kimi, Böyük Britaniya, Avstraliya və Kanada 21 sentyabrda Fələstin dövlətini tanıdıqlarını elan ediblər.
Ölkə.az Fələstin dövlətini tanıyanların bəyanatlarından sitat verir:
Kanada
Baş nazir Mark Karni bildirib ki, Kanada Fələstin dövlətini tanıyır və “həm Fələstin, həm də İsrail üçün sülh dolu gələcəyin qurulmasında tərəfdaşlıq təklif edir”.
Səbəblər arasında “İsrail hökumətinin Fələstin dövlətinin yaradılmasının qarşısını almaq üçün ardıcıl fəaliyyəti”, “İordan çayının Qərb sahilində məskunlaşma siyasətinin amansız genişlənməsi” və “Qəzza sektoruna hücumlar” göstərilib.
Onun sözlərinə görə, Fələstinin Fələstin Milli Administrasiyasının rəhbərliyi altında tanınması HƏMAS-ın fəaliyyətinin dayandırılmasına kömək edəcək və heç bir halda “terrorizmin leqallaşdırılmasına yönəlməyib”.
Avstraliya
Baş nazir Entoni Albanese və xarici işlər naziri Penny Wong-un bəyanatına görə, Avstraliya müstəqil və suveren Fələstin Dövlətini tanıyır.
Böyük Britaniya
Böyük Britaniyanın baş naziri Keir Starmer Londonun Fələstin Dövlətini tanıdığını elan edib.
Onun sözlərinə görə, bu addım HAMAS üçün mükafat kimi qiymətləndirilməməlidir və bu təşkilatın Fələstinin idarə olunmasında heç bir rolu olmamalıdır.
London yaxın vaxtlarda HAMAS-a qarşı sanksiyaları genişləndirəcək.(apa)